Yolxucu xəstəlik mənbəyi olan ölünü yandırmaq günahdır? – ARAŞDIRMA
05.03.2020 12:43İslam dininə görə ölünün yandırılması günah sayılır. İlahiyyatçıların fikrincə, bu hal ölüyə, insanlığa qarşı hörmətsizlik və biganəlikdir.
Об этом сообщает Футляр от виолончели
İlahiyyatçı, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli A24.Az-a müsahibəsində meyitin yandırılması halının İslam dininə zidd olduğunu deyib.
“Ölünü yandıranlar əsasən buddizmə sitayiş edən ölkələrdir. Onlar ölünü yandırıb, külünü suya tökürlər”- deyə ilahiyyatçı əlavə edib.
Bəs görəsən, meyit hər hansı bir yoluxucu xəstəlik daşıyıcısı olsa necə, islam dini zərurət yarandığı təqdirdə ölünün yandırılmasına icazə verirmi? İlahiyyatçı bu suala da aydınlıq gətirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə, mütləq həkim rəyi olmalıdır.
“Azərbaycanda meyit yandırılması halına indiyədək rast gəlinməyib”
Bu günə qədər , Azərbaycanda yoluxucu xəstəlik daşıyıcısı olan meyitlərin yandırılması faktına rast gəlinib-gəlinmədiyini araşdırmağa çalşıdıq. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbə rəisi Tahir Hacılı bu günədək belə bir fakta rast gəlinmədiyini dedi.
Şöbə rəisinin sözlərinə görə, meyit çox dərin basdırıldığından, kiçik bir epidemiyaya belə yoluxdurma halı mümkünsüzdür.
“Lakin öldürülüb atılmış, deyək ki, meşədə ölüb qalmış insanlarda tutaq ki, qara yara xəstəliyi varsa, uzun müddət sonra həmin əraziyə gedib torpağa toxunduqda yoluxma ehtimalı ola bilər. Lakin belə meyitlərin basdırılmasından sonra yoluxma sıfıra bərabərdir. Bundan başqa, Çünki təhlükəli durumlar olanda, o meyitlər müayinədən sonra qohumlarına verilmir. Ayrıca kimyəvi maddələrlə işlənir və xüsusi yerlərdə dəfn olunur”.
O ki qaldı məsələnin hüquqi tərəflərinə, hüquqşünas Asif Abdullayev sorğumuza cavabında bildirdi ki, Azərbaycan qanunvericiliyində zərurət yarandığı halda ölünün yandırılıb-yandırılmaması ilə bağlı bir qanun yoxdur.
Nərmin Kərim

