35 min suriyalıdan 4 mini Türkiyəyə geri qayıtdı
05.03.2020 12:50Türkiyənin Kilis Şəhər Meriyasının icazəsi ilə 1-18 avqust tarixləri arasında 35 min 840 suriyalı Qurban Bayramı üçün Suriyaya gedib.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu həftənin əvvəlində yenidən qayıtmağa başlayan suriyalılardan təxminən 4 mini bu vaxta qədər geri qayıdıb.
Öncüpınar Sərhəd Qapısında əməliyyatlar aparıldıqdan və əşyaları yoxlanıldıqdan sonra Türkiyəyə keçmələrinə icazə verilən suriyalılar bayramı ölkələrində keçirdikləri üçün xoşbəxt olduqlarını, ancaq rejimin İdlibə qarşı əməliyyat aparmasına görə narahatlıq içərisində olduqlarını bildiriblər.
Bayram üçün gedən suriyalıların 31 dekabra qədər geri dönməsinin vacibliyi qeyd olunub.
Orxan Aslanlı / A24.az

