Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

4 deputatın maaşına xitam verildi – RƏSMİ

05.03.2020 12:50

Bir neçə ay öncə ölkə başçısı  İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar Milli Məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar.
Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.
A24.Az-ın məlumatına görə, Milli Məclisin İşlər idarəsinin müdiri  Firudin Hacıyev unikal.org-a açıqlamasında bildirib ki, prezidentin sərəncam verdiyi gündən onların deputat maaşına xitam verilib.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi  Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri  Muxtar Babayev təyin edilib.
 

Об этом сообщает Футляр от виолончели