Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dəhşət: Uşaq oğrularını polis bölməsindən çıxarıb yandırdılar

05.03.2020 12:51

Meksikada uşaqları qaçırmaqda şübhəli bilinən 2 nəfər saxlandıqları polis bölməsindən çıxarıldıqdan sonra yandırılaraq öldürülüblər.

Об этом сообщает Роспрес

Saytımız xarici mediaya istinadən xəbər verir ki, hadisə Puebla bölgəsində baş verib.

53 və 21 yaşlı iki şəxs Acatlan qəsəbəsində nəzarət altına alınaraq polis bölməsinə aparılıblar. Polis sözügedən iki şəxsi uşaqları oğurlamaqda günahlandıran 150 nəfərin toplaşaraq nəzarətxanaya axın etdiyini bildirib.

Polis həmin insanların şübhəliləri polis bölməsindən çıxararaq üzərlərinə alışan maddə tökdüyünü və iki nəfəri yandıraraq öldürdüyünü açıqlayıb.

Polis bildirib ki, yerli hakimiyyət orqanları lazımi möhkəmləndirici və axtarış  prosedurunu yerinə yetirməyiblər.