Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı -SİYAHI

05.03.2020 12:51

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Об этом сообщает Роспрес

Saytımız “Qaynarinfo”ya istinadən xəbər verir ki, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib.

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.

Mağaza sahiblərinin sözlərinə görə, “Snickers” və “Bounty” şirniyyatlarının satışı isə dayandırılıb.

Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarının satışı qadağan edilmişdi.

S/s  Məhsulun adı  Əvvəlki qiyməti  Hazırkı qiyməti
1.  Azərçay 450 q.  7,60 AZN  8,40 AZN
2  Azərçay 100 q.  1,80 AZN  2,00 AZN
3.  Beta 100 q.  2,20 AZN  2,40 AZN
4.  Beta 225 q.  5,20 AZN  5,80 AZN
5.  Beta 450 q.  10 AZN  11 AZN
6.  Çempion 100 q.  2,20 AZN  2,40 AZN
7.  Çempion 225 q.  5,20 AZN  5,80 AZN
8.  Çempion 450 q.  10 AZN  11 AZN