Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı

05.03.2020 12:51

Bakıda küçədə dilənməyə məcbur edilən 2 azyaşlı uşaq tapılıb.

Об этом сообщает Футляр от виолончели

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a bildirib ki, Yasamal rayonu ərazisində polis tərəfindən saxlanılan uşaqlar birliyin sığınacağına yerləşdirilib.

K.Ağazadə bildirib ki, azyaşlılardan oğlanın 4, qızın 5 yaşı var.

“Uşaqların ikisi də pis vəziyyətdə idi. Hazırda onlar müayinə edilir. Oğlanın ayaqlarında yanıq izləri var. Oğlanın əlində pul var idi, hər ikisi fiziki zorakılığa məruz qalıb, dilənçiliyə məcbur edilib. Uşaqların yaşı azdır, özləri barədə dolğun məlumat verə bilmirlər. Hələ adlarını belə öyrənə bilməmişik.

Mənim ehtimalıma görə onlar roman tayfalarından olan ailələrin övladlarıdır. Uşaqlar bir müddət sığınacaqda qalacaq, onlara psixoloji, tibbi yardım göstəriləcək. Daha sonra valideynləri tapılmazsa, dövlət müəssisəsinə yerləşdiriləcək”.