Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azov dənizində azərbaycanlının da olduğu gəmi belə xilas edildi

05.03.2020 12:51

Azov dənizinin Krım yarımadası ərazisinə düşən Kerçenski boğazında Toqo (Qərbi Afrika) bayrağı altında üzən “Nila” adlı yük gəmisi deşilərək zədə alıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı Agentliyinin (RDÇNA) mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Məlumata görə, 3 min ton kömür daşıyan gəmidə 11 heyət üzvü olub: Ukraynadan 10, Azərbaycandan bir nəfər.

Bildirilir ki, onlardan 7-si sərhəd gəmisinin göyərtəsinə keçib. Kapitanın qərarı ilə, xilasetmə əməliyyatı aparılmayıb. Yük gəmisi göyərtəyə dolmuş suyun nasosla çəkilməsi və korpusun germetizasiyası üçün öz gedişi ilə sahilə doğru üzüb. Onu RDÇNA-nın yedək gəmisi müşayiət edib.(Report)