Nigar Camal azərbaycanlı oğlanları belə ələ saldı: “offf, bu nədi…”
05.03.2020 12:51Məşhur müğənni Nigar Camal son paylaşımı ilə azərbaycanlı instaqram istifadəçilərini ələ salıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, Nigar dünya şöhrətli müğənni Beyonce-un videosunu paylaşaraq izləyiciləri tənqid edib.
“Beyonce-un konsertinden bir videoya rast gəldim. Maraqlı idi kim nə yazır… xaricilər: Nə gözəl paltar, mənim şahzadəm, necə də gözəldir…80 faiz müsbət kommentlər.. Amma bizimki olsaydı: oğlanlar….- ala nə gündəsən…offf bu nədi…necəsən?..olar bir sual verim… babat şeysən…Salam xoşum gəlir səndən…Qocalıfsan…Mənim sənə verdiyim sevgini varlı verə bilməz…Direktə bax…Balsan e bal…yeyərəm seni direktə bax…of yandım…nələr eliyərdim…Ürəksən ürək… Əxlaqsız…qiyamət günündə cavab verəcəksən…Az qalıb sizin də vaxtınız gələcək..Səni bizə verənə…Niyə cavab vermirsən…Biraz sadə ol…açqini çıxart…və s…. Qızlar – zəhləm gedir səndən..ne gündəsən?…Qocaldın. Yaşın gedir ay Beyons…Bu da üç uşağın anası… Boyuvu yerə soxum…Əxlaqsız…cəhənəmdə yanacaqsan…Görəsən bunu kim saxlayır?…Kimə lazımsan…Dayday axtarır…Bu da özünü buraxıb…Nə iyrənc qarnın var…Bu da özünü adam sayır…Sevirəm bu qızı amma çənəsi nəsə ne to…Fu çuşka…Guya bombadı da…zövqsüz…ayıb olsun…tərbiyəsiz…Qıjıdı e..Parolun berpası… Nəsə çox kövrəldim”

