Bakıda məktəblilər ölümlə üz-üzə – BNA yenə göz yumur – VİDEO
05.03.2020 12:52Bakıda daha bir sərnişin avtobusu qəza təhlükəsi yaradaq sərnişinlərin həyatını təhlükəyə atıb.
Об этом сообщает Роспрес
A24.az-ın xəbərinə görə, 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli vəziyyət yaranıb.
Belə ki, sərnişinlər hərəkət edən avtobusun qapısında dayanaraq ölümlə üz-üzə qalıblar.
Sərnişinlər arasında məktəblilərin daha çox olduğu təhlükəni daha da qabardıb. Sürücü isə buna məhəl qoymaraq avtobusu yüksək sürətlə idarə etməyə başlayıb.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində göstərilir ki, nəqliyyat vasitələrində normadan artıq sərnişin daşınması yolverilməzdir.
Sərnişinlərin daşınması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində göstərilir ki, sərnişindaşınma qaydalarının pozulmasına görə sürücülər 60 manat məbləğində və 3 balla cərimə sanksiyasına məruz qalırlar.
A24.az

