Arda Turan Berkayı vurduğuna görə prokurorluğa çağrılacaq – İstintaq başladı
05.03.2020 12:52Türkiyə milli komandasının və “Başakşehir” klubunun futbolçusu Arda Turanın müğənni Berkay Şahini vurması ilə əlaqədar istintaq başlayıb.
Об этом сообщает Руспрес
A24.Az “Hürriyet”ə istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı Özlem Şahin 31 yaşlı yarımmüdafiəçini prokurorluğa şikayət edib.
A.Turanın istintaqa çağırılacağı bildirilir.
Qeyd edək ki, A.Turan gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb. Futbolçunun müğənninin həyat yoldaşına sataşdığı iddia olunur.

