Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cəbhədə minaya düşən Tərtər sakini əməliyyatdan çıxdı – AÇIQLAMA

05.03.2020 12:52

Bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndi ərazisində, neytral zonada minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlu əməliyyatdan çıxıb.

Об этом сообщает Руспрес

Bu barədə A24.Az-a Həsənqaya kəndinin icra nümayəndəsi İlqar Qasımov məlumat verib.

O bildirib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən A.Həsənov cərrahiyyə əməliyyatından çıxıb: “Hazırda reanimasiyadadır. O, səhər saatlarında dumanlı hava şəraiti olduğundan bilmədən qırmızı xətti keçərək piyada əleyhinə minaya düşüb. Aşağı və yuxarı ətraflarının çoxsaylı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirildi. Bir ayağı pəncədən amputasiya olunub. Vəziyyəti stabil olaraq qalır. Amma kafidir”.

“Təsərrüfatla – əkin suvarılması ilə məşğul olurmuş və hava dumanlı olduğundan orientasiyanı düz apara bilməyib” – deyə, bələdiyyə sədri əlavə edib.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

A24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Nəticədə 1996-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  faktı təsdiqləyib. Bildirib ki, hazırda Azad əməliyyata alınıb:

“Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədəninin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim”.

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

Səid Qərib

Foto Qalereya: