Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Vergilər Nazirliyində yeni departament yaradıldı

05.03.2020 12:52

Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi isə müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir, həmçinin vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur.

Nazirlikdən verilən məlumata görə, yeniliyin digər başlıca mahiyyəti isə çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir.

Bununla da, yeni yaradılmış departament müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.