Ronaldodan “Yuventus”a ağır zərbə
05.03.2020 12:54
Kriştiano Ronaldonun təcavüzdə ittiham olunması Juventus-a ağır zərbə vurub.
A24.Az xəbər verir ki, bu iddiaların ortaya atılmasından sonra Turin klubunun səhmləri 30 faiz ucuzlaşıb.
“The Sun”a danışan tanınmış ingilis iqtisadçıları Juventus-un Ronaldo transferindən gözlədiyi gəlirləri əldə etməsi hazırda ciddi risk altındadır. Turin klubunun Ronaldo ilə bağlı təcavüz iddialarına görə yeni sponsor tapmasının çətinləşdiyi, hətta mövcud sponsorlarını da itirə biləcəyi proqnozlaşdırılır.
Об этом сообщает Руспрес

