Bərdə sakini dostunu güllələyərək öldürüb – YENİLƏNİB
05.03.2020 12:54Bərdə rayon sakininin dostunu güllələməsinin bəzi təfərrüatları məlum olub.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, hadisə rayonun Böyük Göyüşlü kəndi ərazisində qeydə alınıb. Belə ki, Yaşar Faiq oğlu Abbasov çöllük ərazidə quş ovlayarkən dostu və sinif yoldaşı Baxışov Sadiq Raquf oğlu tərəfindən güllələnib.
Y. Abbasov aldığı güllə ayrasından hadisə yerindəcə keçinib.
Hadisənin bilməyərəkdən baş verdiyi qeyd olunur.
Böyük Göyüşlü kənd icra nümayəndəsi Aqil Muradovun A24.az-a verdiyi məlumata görə, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən Baxışov Sadiq Raquf oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Səid Qərib
Bərdə rayon sakini dostunu güllələyərək öldürüb.
A24.Az xəbər verir ki, hadisə rayonun Gülgəzli kəndi ərazisində baş verib.
İlkin məlumatalara görə, hadisə ov zamanı baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.

