Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna girdi

05.03.2020 12:54

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub.

Об этом сообщает Руспрес

Bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə – Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.

Qeyd edək ki, itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı bu gün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axtarış aparılacağı bildirilmişdi.

Amerikanın “Washington Post” qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.