Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda yazılı imtahanları texnoloji cihazlar yoxlayacaq – Təhsildə daha bir YENİLİK

05.03.2020 12:54

Orta məktəbdə müəllim tərəfindən verilən tapşırıqların yazılması zamanı şagirdin xəttinin yaxşı olması müəllimin verəcəyi qiymətə hər zaman təsir göstərib. Hətta səliqəli yazı bacarığına malik olan istənilən şagird sinif yoldaşlarının hər zaman diqqət mərkəzində olub. Bəzən verilən tapşırığı daha dəqiq və daha geniş yazmasına baxmayaraq, xəttinin pis olduğuna görə uğursuz qiymətlər alan şagirdləri də görmüşük. Təbii ki, yazı bir mədəniyyətdir və hər kəs istəyər ki, səliqəli yazı bacarığına malik olsun. Amma səliqəli yazı bacarığına sahib olmayan istedadlı bir şagird, yaxud da tələbə muncuq düzülüşü ilə hərfləri yazan istedadsız şagird və tələbə ilə eyni dərəcəyə layiq görülməməlidir.

Об этом сообщает Роспрес

Təhsil eksperti Kamran Əsədov A24.az-a açıqlamasında bildirib ki, tələbənin və şagirdin xəttinin mütləq şəkildə yaxşı olmasını tələb edən vacib meyar yoxdur: “Sadəcə, təhsil bir mədəniyyətdir və səliqəliliyi aşılamalıdır. Bu səliqəlilik eyni zamanda, yazı mədəniyyətinə də sirayət etməlidir. Klaviaturada hamı eyni yaza bilər, amma yazı yazma mədəniyyəti bir psixoloji əminlik yaradır. Həmin şəxsin gələcək karyerasına müsbət təsir göstərir. Hansısa işə qəbul prosesində özü üçün tərcümeyi-hal yazan vətəndaşda da özgüvəni artıra bilər”.

“İngiltərədə şagirdlərin yaxşı yazmağı öyrənmələri üçün xüsusi dəftərlər verilir”

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində şagirdlərə yaxşı yazı üslubunu aşılamaq üçün bir çox praktikalardan istifadə olunur: “Orta məktəbin tədris proqramında hüsnxətt dəftəri yoxdur. Sadəcə müəllimlər hərfləri öyrətdikdən sonra hərflərin səliqəli düzülüşü üçün bunu tələb edirlər. Bu təcrübə İngiltərədə təhsil müəssisələrində həyata keçirilir. Orada məktəblərə verilən xüsusi dəftərlər yaxşı yazı formalaşdırılmasını nəzərdə tutur. Amma şagirdə yaxşı yaza bilmədiyinə görə müəllim tərəfindən fiziki cəza verilməsini düzgün hesab etmirəm”.

“Gələcəkdə yazılı materialları texnoloji proqramlar tərəfindən yoxlanılacaq”

K.Əsədov bildirib ki, bu gün Azərbaycanda hüsnxətt dəftəri vasitəsilə şagirdlərin normal yazı bacarıqlarının formalaşdırılması tələb olunur. Ekspertin sözlərinə gör, yaxın gələcəkdə təhsil müsəsisələrində yazı tapşırıqları xüsusi texnoloji cihazlar vasitəsilə oxunaraq qiymətləndiriləcək:

“Əslində, bu, labüddür. Birincisi, ona görə ki, Azərbaycan artıq dünya təhsilinə inteqrasiya edir və bizim qəbul imtahanlarımız təkcə şifahi, yaxud variantlı test tapşırıqlarından ibarət deyil. Bu gün ölkəmizdə 1,6 milyon şagird təhsil alır. Onların hər il 140 minə yaxını 9-ci sinifdən buraxılış imtahanı verir. Bu ildən etibarən buraxılış imtahanlarında iştirak edən şagirdlər yazılı formada test tapşırıqlarına da cavab verməli olacaqlar. Təbii ki, yazıları yoxlayan müəllim şagirdin yazısına xüsusi önəm verəcək. Çünki şagirdin səliqəli yazı bacarığı müəllimin qeyd olunan yazını daha aydın şəkildə oxuya bilməsi üçün önəmlidir. Yazı üslubu səliqəsiz olan şagirdin, tələbənin yazdığını yoxlayıcı müəllim oxuya bilməyə bilər. Hazırda bu yazıları mütəxəssislər yoxlayırsa, gələcəkdə müəyyən stardartlar çərçivəsində proqram təminatı əsasında yazı işlərini proqram yoxlayacaq. Təbii ki, bu zaman yaxşı xətti olanın yazısı proqram tərəfindən daha yaxşı oxuna bilər. Ola bilər ki, sualın cavabını xətti pis olan daha geniş və ətraflı yazsın, amma onun yazısı oxuya bilinməsin”.

Səid Qərib