Bakıda ötüşən marşrut avtobusları toqquşdu
05.03.2020 12:54Bakıda 202 saylı marşrut xətti üzrə hərəkət edən iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın xəbərinə görə, hadisə Nərimanov rayonu Atatürk prospektində baş verib. Belə ki, 202 saylı marşrut xətti üzrə hərəkət edən iki sərnişin avtobusundan biri ötmə əməliyyatını düzgün yerinə yetirə bilməyərək digər avtobusla toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, avtobus sürücüləri ötüşən zaman qəza baş verib: “Bizim sərnişini olduğumuz avtobusla arxadan gələn digər avtobus ötüşürdü. Arxadan gələn avtobus bizi keçmək istəyirdi. Bizim avtobusun da sürücüsü ona yol vermək istəmirdi. Ona görə belə xoşagəlməz hadisə baş verdi”.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

