“Başakşəhər”dən Ardaya ağır cəza
05.03.2020 12:54“Başakşəhər” futbolçusu Arda Turanı cəzalandırıb.
Об этом сообщает Руспрес
A24.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Müğənni Berkayla arasındakı yaşanan qalmaqalla əlaqədar türk yarımmüdafiəçi 2 milyon 500 min türk lirəsi məbləğində cərimələnib:
“Milli komanda matçları ilə əlaqədar verilən üç günlük istirahət müddətində futbolçumuzun etdiyi iddia edilən və mətbuatda yazılan hərəkətləri “Başakşəhər” futbol klubunun etik və peşə anlayışı ilə ziddiyyət təşkil edir. Məsələnin məhkəməyə qədər getməsi səbəbi ilə onu 2 milyon 500 min türk lirəsi ilə cərimələdiyimizi və məhkəmə qərarı çıxana qədər oyunçunun peşəkar vəzifələrini davam etdirəcəyini ictimaiyyətə bildiririk” – deyə klubun bəyanatında vurğulanıb.

