Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bakıda yaşayış üçün ən əlverişli yerlər – SİYAHI

05.03.2020 12:54

Son günlər Bakının Səbail rayonu Badamdar qəsəbəsində baş verən sürüşmə nəticəsində bir çox evlərdə yaşamaq üçün təhlükə yaranıb. Sürüşmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qərargah yaradılıb. Eyni zamanda, təbiət hadisəsinin evlərə vurduğu ziyana və təhlükənin daha da artacağına görə ev sahiblərinin köçürülməsi nəzərdə tutulub. Adətən, əmlak bazarında süni qiymət artımı bu cür hadisələrdən sonra daha çox müşahidə olunmağa başlayır.

Об этом сообщает Роспрес

Bəs, görəsən, sürüşmə sahəsindəki təhlükəli vəziyyətin genişlənməsindən sonra ərazidə yaşayan sakinlərin köçürülməsi əmlak bazarında evlərin bahalaşmasına səbəb olacaqmı?

Məsələ ilə əlaqədar olaraq A24.az-a açıqlama verən dşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimli bildirib ki, sözügedən ərazidə əhalinin köçürülməsi əmlak bazarında qiymət artımına heç bir təsir göstərə bilməyəcək: “Çünki sürüşmə zonasında yaşayan sakinlərin sayı elə də çox deyil. Aylıq alqı-satqı əməliyyatlarının sayı 5-6 min civarındadır. Təhlükə ilə üzləşən evlərin sayı isə təxminən 20 ədəddir. Bu da elə də böyük rəqəm deyil ki, daşınmaz əmlak bazarında süni qiymət artımına təsir göstərə bilsin”.

Ekspert paytaxt ərazisində yaşayış üçün daha əlverişli və təhlükəsiz ərazilərdən də söz açıb. O bildirib ki, Bakıda yaşayış üçün əlverişli ərazilər nisbətən yüksək ərazilərdir: “Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsi yaşayış üçün əlverişli və təhlükəsiz ərazilərdir. Eyni zamanda, Sabunçu tərəfi də buna misal olaraq göstərə bilərik. Təbii ki, sürüşmə zonalarını çıxmaq şərtilə”.

Qeyd edək ki, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdardakı Qurd qapısı, Qanlı göl, Lökbatan yamacı, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrinə doğru olan ərazilər, Masazır gölünün ətrafı – ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da ümumilikdə əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır. Belə ki, sürüşmələr daha çox qar yağdıqdan sonra baş verir. Lakin təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti, insanların yamacları kəsib evlər tikməsi də sürüşməyə səbəb olan amillərdir.

Səid Qərib
A24.az