“Qalatasaray” Fatih Terimlə müqaviləni uzatdı
05.03.2020 12:54“Qalatasaray” baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.
Об этом сообщает Футляр от виолончели
A24.az-ın “NTV Spor”a istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna qədər İstanbul klubunu çalışdıracaq. Terimin əvvəlki sözləşməsi 2019-cu ilin mayına kimi idi.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”a baş məşqçi təyin edilib. Onun rəhbərliyi ilə komanda ötən mövsüm Superliqanın qalibi olub.

