Azərbaycan efirində yol polisi əməkdaşları təhqir olundu – VİDEO
05.03.2020 12:55Ötən gün Xəzər TV-də yayımlanan 5/5 verilişində müğənni Təranə Qumralın ad günü qeyd edilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Təranə Qumral verilişə qızları və həyat yoldaşı Musa Musayevlə birlikdə qatılıb.
Proqramda artıq günlərdir yayımlanan “yol polisi” səhnəciyi canlandırılıb. Səhnəciyə görə Musa Musayev qaydanı pozur, o, sükan arxasından kəmərdən istifadə etmir. Ona irad tutan yol polisinə cütlüyün cavabı isə birmənalı qarşılanmayıb. Təranə Qumral kiməsə zəng edərək yol patrul xidməti əməkdaşına telefonu uzadır. Yol polisi telefondakı şəxsin bütün dediklərinə əməl edir. O, Təranə Qumral üçün benzin alır, üstəlik mahnı da ifa edir. Musa Musayev isə heç vaxt təhlükəsizlik kəmərindən istifadə etmədiyini əlavə edir.
Həmin kadrları sizə təqdim edirik:

