Azərbaycanlı kişiləri öldürən qadınlar imiş – Psixoloqdan dəhşətli açıqlamalar
05.03.2020 12:55Son 10 ilin statistikasına nəzər saldıqda Azərbaycanda intihar edən şəxslər arasında kişilərin kəskin üstünlüyünü görürük.
Об этом сообщает Футляр от виолончели
A24.Az kişilərin qadınalara nisbətən daha çox intihar etmələrinin səbəblərini araşdırıb.
Ölkə üzrə son 10 ilin statistikası göstərir ki, intiharların sayı ildən ilə artan xətlə davam edir. 2008-ci ildə 138 ( 114-ü kişi), 2009-cu ildə 165 (138-i kişi), 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482 nəfər öz həyatına qıyıb. Bu statistika hər il artan xətlə davam edib və 2015-ci ildə Azərbaycanda intihar edənlərin sayı 515 nəfərə çatıb.
İntiharların ilk səbəbi sosial bərabərsizlik və bu bərabərsizliyin aydın nümayişi üçün yaranan münbit şəraitdir. Məsələn, əvvəllər ailələrin maddi imkan dərəcəsinin müqayisəsi üçün əlverilşli amillər mövcud deyildi. Sosial şəbəkələrin, internet resurslarının və texnoloji avadanlıqların hər kəs üçün asanlaşması, insaların şəxsi həyatlarını şəffaflaşdırıb. İndi hər kəs bütün eyibləri və uğurları ilə ictimaiyyət qarşısındadırlar. Bu aydınlıq isə kişiləri daha çox depressiyaya salır, ailə vəziyyətinin digər ailələrlə müqayisəsi və qadınların yoldaşlarına təzyiqi onları ölüm barədə düşünməyə vadar edir. Bütün məsuliyyəti öz çiyinlərində görən kişilər bəzən bu yüklə çox uzağa gedə bilmirlər.
Psixoloq Gülnar Orucova qadınlara nisbtən daha çox kişilərin intiharını, yəni bu dəhşətli nisbətin səbəbini qadınların daha çox kommuniaktiv, dərdini bölüşən, kişilərin isə özünəqapalı olması ilə əlaqələndirir:”Qadınlar bir psroblemlə qarşılaşanda ona anındaca adekvat reaksiya verir; qışqırır, ağlayır, göz yaşı tökür, dərdini gedib rəqfiqələrinə, yaxınlarına danışır, problemini bölüşür. Kişilərsə daim öz emosiyalarını gizlədirlər. Belə deyimlər var: “kişi öz problemini özü həll etməlidir”, “kişi ağlamaz”. Bu ifadələr düzgün deyil. Axı kişi də bir adamdır, onun da ürəyi var, o da ağlaya bilər. Daha sonra deyirlər ki, evi, ailəni kişi təkbaşına saxlamalıdır. Əgər belədirsə, bəs qadınlar niyə universitet oxuyur, savad qazanır. Axı qadınlar da işləməlidir. Biz dünyanın bütün innovasiyalarını qəbul ediriksə, bunu da qəbul etməliyik ki, müasir ailənin problemsiz yaşaması üçün qadın da işləməlidir”.
Psixoloq həmçinin qeyd edib ki, kişilərin əlavə məsuliyyətlərlə yüklənməməsi üçün qadınlardan çox şey asıllıdır: “Biz əvvəllər görməzdik ki, kişi işdən çıxdığı üçün, iş tapa bilmədiyi üçün özünü öldürə. Kişi işdən çıxıbsa, demək bu son çarədir, o orada işləyə bilsəydi, çıxmazdı ki. Belə halda qadınlar həyat yoldaşlarına dəstək olmaqdansa, onları acılayır, gələcəklə bağlı qorxuya salır. İş bu gün yoxdur, sabah başqa bir yerdə olacaq. Bu gün qadınların kişilərdən gözləntisi həddən artıqdır. Qadın öz ayaqlarının üstündə dayanmalıdır. Bu gün qadın təkcə mənəvi yox, maddi təminatını da kişidən gözləyir və bunu mütəmadi tələb edir. Qadınların kişilərə yüklədiyi bu ağır məsuliyyət onları çıxılmaz vəziyyətdə salır. Deyərdim ki, bu gün sırf qadınlar kişiləri intihara aparır. Təbii ki, istisna qadınlar da var”.
Məsələ ilə bağlı psixoloq Elmir Əkbərin fikirləri də diqqətçəkəndir: “Kişinin fiziki güclü olması da tarixən gəlib. Çünki qadınlar daha ağıllı, zirəng olublar, fiziki işlərə kişiləri göndəriblər. Hətta indi də baxanda qadın daha mükəmməl varlıqdır. Kişi qadınlarla müqayisədə zəifdir”.
Psixoloq bildirir ki, Azərbaycan mentalitetinin kişilərin çiyninə qoyduğu yüklərlə yanaşı informasiya çoxluğu da beynin yüklənməsinə səbəb olur. Bu da sonda kişiləri intihara meyilləndirir. İntiharın ən böyük səbəblərdən biri cəmiyyətin dözümsüzlüyüdür. Mental adət-ənənələrimiz insana azadlıq vermir, çox sıxır, insanlar istədikləri kimi yaşaya bilmirlər və kişilərdə genetik zəiflik işə düşür. Nəticə isə intiharla bitir”.
Qeyd edək ki, dünya ölkələri üzrə intihar göstəricilərini araşdıranda da kişilərin qadınlara nisbətən daha çox intihar etdikləri aydın olur. Lakin intihar edənlərin cinsi arasındakı bu nisbət əksər ölkələrdə Azərbaycanda olduğu qədər kəskin deyil.

