Paşinyanın istefasının pərdəarxası – ŞƏRH
05.03.2020 12:55Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsinin icrasını davam etdirəcək.
Об этом сообщает Футляр от виолончели
“Paşinyanın hakimiyyətdə olması mənə elə gəlir ki, Azərbaycana da sərf edir. Mən inanmağa çalışıram ki, Paşinyan Amerikanın proyekti olduğu üçün Azərbaycana da müəyyən qədər sərf edir. Eyni zamanda, ən pisin içərisindən ən yaxşısını seçərkən Paşinyan bizim üçün daha ümidlidir. Çünki o, Amerikanın adamı olduğu üçün Amerika da regionda dəyişiklik istəyir. Rusiya isə regiondakı vəziyyətin dəyişilməsini istəmir”.
Bunu A24.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsinə münasibət bildirərkən deyib.
O, Nikol Paşinyanın istefasını belə şərh edib: “Paşinyan Ermənistanda keçiriləcək seçkilərdə iştirak etmək üçün istefa verdi ki, müsbət imic formalaşdıra bilsin. Bununla da müxalifətin qarşısında şərt qoydu ki, hər şeyi sıfırdan başlamaq lazımdır. O, bununla da hakimiyyəti, parlamenti və özünü istefaya səslədi. Çünki o , hər şeyin sıfırdan başlayacağı təqdirdə, keçiriləcək seçkilərdə qalib gələcəyini düşünür. Paşinyanın güvəni var ki, xalqın böyük hissəsi onun arxasındadır. Eyni zamanda, o, nəzərə aldı ki, ona müxalif olan partiyalar artıq xalqın da gözündən düşüb. Qısası, Paşinyanın istefası onun elə yenidən seçki yolu ilə seçilməsinə yönəlib. Həqiqətdə isə Paşinyan bir fiqurdur. O, istefa versə də, yenə də hazırda səlahiyyətlər onun əlindədir. O, sadəcə bununla bəzi qüvvələrə mesaj verdi”.
Politoloq Paşinyanın Ermənistana demokratiya gətirdiyini iddia edənlərin cavabını da verib: “Paşinyan Ermənistanda baş nazir postuna gəldiyi gündən istefa verdiyi günə qədər təbii ki, demokratiya gətirə bilməzdi. Heç bunu bacarmazdı da. Çünki biz demokartiyanın mərkəzləri hesab olunan dövlətlərə baxanda, bunun üçün yüzilliklərin, əsrlərin sərf olunduğunu görürük. Demokratiyanın beş aya, öz də Ermənistan kimi bir dövlətə gətirilməsi isə gülüncdür, xüsusən də bu, Paşinyanın timsalında daha gülünc görünür. Hətta demokartiyanın baniləri dirilib gəlsələr belə, Ermənistanda demokratiya qura bilməzlər. Sadəcə olaraq, Paşinyan gəldikdən sonra Ermənistanda demokratiyaya cəhdlər müşahidə olundu”.
N.Məmmədova qeyd edib ki, sabiq baş nazirin arxasında dayananlar heç kimə sirr deyil. Hamı bilir ki, o, Amerikanın adamıdır: “Bununla yanaşı, ona dəstək verənlər arasında Fransanı da göstərmək olar. Eyni zamanda, erməni diasporu da Paşinyana dəstək verənlər arasındadır. Onun rəqiblərinin arxasında isə Rusiyanın hərbi gücü, siyasəti və maliyyə resursları dayanır. Bu da o deməkdir ki, yeri gələrsə, rəqiblər Paşinyana qarşı Rusiyanın hərbi gücündən istifadə edə bilərlər. Buradan belə nəticəyə gəlmək olur ki, balaca Ermənistanda iki böyük qüvvə üz-üzə dayanıb. Hazırda Ermənistanda böyük güclərin savaşı gedir. Ermənistan İranla qonşu olduğuna görə Amerikanın maraq dairəsindədir. Ona görə də, Amerika və müttəfiqləri Ermənistanla bağlı bir çox güzəştlərə gedir. Bir məsələni də qeyd edim ki, Ermənistanda erməni millətindən sonra ikinci ən böyük millət amerikalılardır. Çünki Amerika öz kəşfiyyatçılarını və siyasətçilərini, eyni zamanda, siyasi texnoloqlarını bu ölkədə yerləşdirib. Bunları nəzərə alaraq deyə bilərik ki, orada heç vaxt demokratik seçki ola bilməz”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da ölkənin İctimai Televiziyasının canlı efirində istefa verdiyini bildirib. Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.
Xatırladaq ki, bu il dekabrın 9-10-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyana müxalif olanlar onun istefası qarşılığında dekabrda seçkilərin keçiriləcəyinə razılıq verəcəklərini bildiriblər.
Səid Qərib

