Azərbaycandakı yoxsulların sayı açıqlandı
05.03.2020 12:551992-ci ildə BMT tərəfindən 17 oktyabr tarixinin Ümumdünya Yoxsulluqla mübarizə günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədinə xidmət edib.
Об этом сообщает Роспрес
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən A24.Az-a verilən məlumata görə son 15 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub
Milli iqtisadiyyatın 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,8 dəfə, qeyri-neft ixracının 4,1 dəfə, əmək haqlarının təxminən 7 dəfə, minimum əməkhaqqının 23 dəfə artdığı, 3,1 min məktəbin, 640-dan çox xəstəxananın, eyni zamanda çoxsaylı sosial obyektlərin tikilərək istifadəyə verildiyi, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkünün müasir şəraitli mənzillərlə təmin olunduğu son 15 ildə ölkəmizdə yoxsulluğun da kəskin şəkildə azalmasına nail olunub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir”.
Yoxsulluğun azalmasında əhalinin məşğulluq imkanlarının artırılması da mühüm rola malikdir. 2003-2017-ci illərdə Azərbaycanda 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yeri yaradılıb, məşğulluq imkanları əhəmiyyətli şəkildə artmaqla, əmək bazarında sabitlik, işsizliyin 5 faizə enməsi təmin olunub. Yeni iş yerlərinin açılması daimi xarakter almaqla yanaşı, dövlət məşğulluq xidmətləri, işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təminatı tədbirləri də getdikcə gücləndirilir. Təkcə bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib, 865 nəfər ödənişli ictimai işlərə göndərilib. Nazirliyin xətti ilə cari ilin 9 ayında ümumilikdə 2075 nəfər peşə hazırlığına cəlb olunub.
50,2 min ailə, yəni 200,2 min nəfər yoxsul var
Bu gün ölkəmizdə yoxsul ailələr ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunub. Respublika üzrə 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla (Naxçıvan MR istisna olmaqla) 50,2 min ailə (200,2 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilir və ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 165,4 manatdır. Bununla yanaşı, aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi yolu ilə onların sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik ailə biznesinə sahib olmaqla sahibkarlığa çıxış əldə etmələrinə də şərait yaradılır.

