Sürücülərin nəzərinə! – Bakının bu mərkəz küçəsində yol bağlanır
05.03.2020 12:55Bu gün Nəsimi rayonu Səməd Vurğun küçəsinin 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb. Nəticədə yolun sağ tərəfində olan piyada səkisi çöküb. A24.az xəbər verir ki, Piyada səkisinin bərpası üçün axşam saat 10-dan etibarən başlanan təmir işləri sabah səhər saatlarına qədər davam edəcək. Gediş üçün nəzərdə tutulan 3 zolaqlı yolun 1 zolağı bağlı olacaq. Qeyd edək ki, həmin yolda olan “Pilot İnşaat MMC”yə məxsus binaya heç bir ziyan dəyməyib.
Об этом сообщает Роспрес

