Ermənistan Baş nazirnin keçmiş müavininin evində axtarış aparılıb
05.03.2020 12:55Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyanın evində hüquq–mühafizə orqanları axtarış aparıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bu barədə “Jamanak” (“Zaman”) qəzeti yazıb.
Bildirilib ki, axtarış oktyabrın 7-də tanınmış iş adamı Samvel Mayrapetyanın saxlanıdlığı gün aparılsa da məlumat oktyabrın 18-də üzə çıxıb.
Qəzetin yazdığına görə, onun evində müxtəlif müqavilələr, mülkiyyət haqqında şəhadətnamə və başqa sənədlərlə bağlı axtarış nəticəsiz başa çatıb.
Məlumata əsasən, Mayrapetyanla Gevorkyan arasında yaşayış binalarının alqı-satqısı üzrə bir neçə milyon dollarlıq şübhəli sövdələşmələrin olduğu aşkar edilib. Bundan başqa, Gevorkyanın və yaxınlarının adına qeydiyyata alınan mülkiyyətin bir hissəsinin keçmiş prezident Robert Koçaryana məxsus olması ilə bağlı şübhəli məqamlar var.
Bildirilib ki, Gevorkyan mülkiyyətinin bir hissəsinin təadüddə olan atasının adına qeydiyyata aldırıb. Onun atası 2008-ci ildə Samvel Mayrapetyanın “Toyota Yerevan” şirkətinə bir neçə milyon dollar sərmayə qoyub.
Armen Gevorkyan hazırda Yerevanın Şimal prospektində qiyməti milyon dollara olan təm-təraqlı mənzildə yaşayır.
Qeyd edək ki, Samvel Mayrapetyan “H2” telekanalının da sahibidir. O oktyabrın 7-də həbs edilib.
Report

