Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Cəbhə bölgəsindəki yaşayış məntəqələrinə təbii qaz verilib

05.03.2020 12:56

Tərtərin cəbhə bölgəsindəki 4 yaşayış məntəqəsinə Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib və bununla da Tərtər rayonu üzrə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.

Об этом сообщает Роспрес

“Azəriqaz”İstehsalat Birliyindən A24.Az-a verilən məlumata görə, keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və Birliyin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 132 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilmiş,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.