“Bu, nə şərəfsizlikdir?” – Əməliyyat olunduğu deyilən Əhəd Abıyev əsəbiləşdi
05.03.2020 12:58“Mənim xəstələnməyim, xəstəxanaya yerləşdirilməyim və əməliyyat olunmağımla bağlı yayılan xəbərlər cəfəngiyyat söhbətdir. Bunu kim deyirsə, qələt edir”.
Об этом сообщает Футляр от виолончели
Bunu A24.az-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
İcra başçısı haqqında yayılan bu məlumatlara görə məəttəl qaldığını bildirib: “Mən özüm də məəttəl qalmışam, a kişi. Dünən də biri yazır ki, guya Əhəd Abıyev Məhərrəm ayında toy edib. Utanmır, belə şey yazır. Bu gün də yazırlar ki, Əhəd Abıyev xəstəxanaya yerləşdirildi. Bu, nə şərəfsizlikdir, bu, nə ağılsızlıqdır?!”
Ə.Abıyev qeyd edib ki, onun səhhəti ilə bağlı heç bir problemi olmayıb və xəstəxanaya yerləşdirilməyib. O, məzuniyyətə çıxmadığını və hazırda rayon camaatı ilə səyyar görüş keçirdiyini vurğulayıb: “Mən hazırda Daşkəsəndəyəm və səyyar görüşdəyəm. Əhali ilə görüş keçirirəm. Səhhətimdə heç bir xəstəliyim, heç bir problemim yoxdur. Nə xəstəxana, nə əməliyyat? Ay sizin başınıza dönüm, bəyəm, mən xəstələnmişdim ki, sağlamlığımda problem də yaransın? Vicdanım haqqı, belə bir şey yoxdur, xəstələnməmişəm. Xəstəliyimlə bağlı, xəstəxanaya yerləşməyimlə bağlı yayılan xəbərlər, vicdanım haqqı, cəfəngiyyatdır”.
Qeyd edək ki, yerli mətbuatda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yarandığı barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Ə.Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub. Onun urologiya şöbəsinə yerləşdirildiyi bildirilir. Eyni zamanda, icra başçısının səhhətində yaranan problemlə əlaqədar hazırda məzuniyyətə çıxdığı bildirilib.
Səid Qərib
A24.az

