Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ermənistan əhalisinin sayı azalır

05.03.2020 12:59

Ermənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb.

Об этом сообщает Руспрес

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Mili Statistika xidməti bildirib.

Bildirilib ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub.

Ötən ilin hesabat dövrü ilə müqayisədə ölkədə 2018-ci il yanvar-sentyabr ərzində yeni doğulan körpələrin sayı 4,2 faiz azalaraq, 26 min 483 nəfər təşkil edib. Ermənistanda şəhər əhalisi bir mliyon 895 min 400 nəfər, o cümlədən Yerevanın əhalisi bir milyon 79 min 400 nəfərdir. Kənd əhalisi isə bir milyon 73 min 800 nəfərdir.