Sabah Bakı funikulyoru istifadəyə veriləcək
05.03.2020 12:59Bakı funikulyorunda aparılan təmir işləri başa çatıb.
Об этом сообщает Руспрес
“Report”un xəbərinə görə, funikulyor uzun müddətli təmirdən sonra sabah – noyabrın 1-də istifadəyə veriləcək.
Xatırladaq ki, Bakı funikulyoru SSRİ dövlət mükafatı laureatı, əməkdar mühəndis Əliş Ləmbəranskinin (1914-1999) təşəbbüsü ilə tikilərək 1960-cı il mayın 5-də istifadəyə verilib. Sovet dövründə Bakı funikulyorunun vaqonları xüsusi sifarişlə Xarkov şəhərində hazırlanaraq paytaxta gətirilib. Bakı funikulyoru indiyədək iki dəfə – 2001-ci və 2007-ci illərdə əsaslı təmir edilib.

