Xoşqədəm məvacibini AÇIQLADI
05.03.2020 12:59 Xoşqədəm Hidayətqızı bir aylıq məvacibini aparıcısı olduğu “Səni axtarıram” verilişində müalicəsi üçün pul yığılan 3 yaşlı Mələk adlı uşağa bağışlayıb.
A24.Az-ın məlumatına görə, o, bu barədə canlı yayımda bildirib:
Об этом сообщает Футляр от виолончели
“Bu aylıq məvacibimi – min manatı Mələyin müalicəsi üçün bağışlayıram. Digər əməkdaşlarımız da müəyyən məbləğdə kömək ediblər. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Mələk adlı qız ürək çatışmazlığından əziyyət çəkir.

