Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lənkəranda oğurlar zərərsizləşdirildi

05.03.2020 12:59

Lənkəran rayonunda evdən oğurluq edən şəxslər saxlanılıb.

Об этом сообщает Роспрес

Bu barədə A24.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini Q.Axundov 102 xidməti-zəng mərkəzinə müraciət edərək axşam saatlarında evdə olmadığı zaman naməlum şəxs və ya şəxslərin ona məxsus yaşayış evindən 1200 manat pulu oğurladığını bildirib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşayış evinə qanunsuz daxil olaraq oradan pul oğurlayan şəxslər saxlanılıb. Oğurluğu törədən şəxslərin Lənkəran sakinləri – Şəhriyar Şükri, Elçin Hüseynov və Elvin Cəbrayılov olduqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan hər 3 şəxs istintaqa təqdim edilib və törətdikləri oğurluq əməlini etiraf ediblər.