Cəlilabadda 33 yaşlı kişi bıçaqlandı
05.03.2020 12:59Cəlilabad rayonunda 33 yaşlı kişi bıçaqlanıb.
Об этом сообщает Роспрес
“Report”un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Elnur Rasim oğlu Dövlətov tanıdığı şəxs tərəfindən sol qol və sinə nahiyələrindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

