Türkiyə Ermənistana şərt qoydu
05.03.2020 13:00Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.
Об этом сообщает Руспрес
A24.Az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:
Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.
Qeyd olunub ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir “erməni soyqırımı”nın olmadığını təsdiq edir.

