Gənc yazar ikinci dəfə evləndiyi xanımını döyüb ölümlə hədələdi: “İçir, qusur və deyir ki, təmizlə”
05.03.2020 13:00Daha çox qalmaqallı fikirləri ilə tanınan gənc yazar Kəramət Böyükçöl ikinci dəfə ailə həyatı qurduğu həyat yoldaşı Çinarə Böyükçöldən boşanaraq onu ölümlə hədələyib.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, yazıçının həyat yoldaşı ilə boşanmasına səbəb isə hər gün spirtli içki qəbul etməsi və xanımını döyməsi olub.
Xanımı bildirib ki, Kəramət onu ölümlə təhdid edir və uşağı alacağı ilə hədələyir.
“Dəhşətdir, dəli kimidir. İçir, qusur və deyir ki, təmizlə” – deyə, yazıçının xanımı Çinarə əlavə edib.
Qeyd edək ki, yazıçı ötən gün həyat yoldaşından boşanması ilə bağlı sosial şəbəkədə status yazıb. O, daha sonra yazdığı həmin statusu silib. Yazıçının birinci həyat yoldaşından bir qızı, ikinci həyat yoldaşından isə bir oğlu var.
Xatırladaq ki, Çinarə Böyükçöl Kəramət Böyükçölün ikinci həyat yoldaşıdır. Bundan əvvəl də yazıçı ailə qurub boşanıb. Çinarə Böyükçöl hazırda Bakı Dövlət Universitetinin tələbəsidir.

