Bakıda jurnalistin mənzili qarət edildi: Ehtiyat açarı da aparıblar…
05.03.2020 13:00Jurnalist Pərviz Həşimlinin mənzilindən oğurluq olub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə jurnalist “Facebook” hesabında məlumat yayıb.
Pərviz Həşimli bildirib ki, mənzildən komputer, printer, süvenir və digər əşyaları oğurlayıblar. Mənzilə daxil olan naməlum şəxslər evdə olan ehtiyat açarları da özləri ilə aparıblar:
“Mənzilimdən oğurluq olub. Kompüterler, printerlər, suvenirler… Hələlik gözümə dəyən bunlardır.
Qapıya açar salıb açmaq istəyəndə gördüm açıldı. İçəri daxil olanda qarışıqlığı gördüm… Yeni mənzildi deyə, ofisimə aid əşyaları, kompüterləri yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar.
Polis gəldi. Baxıb izahat alıb getdilər. Gözləmək qalır bircə”.

