Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qan təzyiqi zamanı işlənən vasitələr – XALQ TƏBABƏTİ

05.03.2020 13:01

Klassik Şərq əczaçılıq kitablarında ayrıca başlıq altında qan təzyiqi üçün işlədilən dərmanlardan bəhs edilmir.

Об этом сообщает Футляр от виолончели

Lakin orada elə vasitələr qeyd olunur ki, onlar qan təzyiqini və ya qan şiddətini sakitləşdirməklə yanaşı digər müalicəvi təsirlər də göstərir. Bu vasitələri yaxınlaşdıran ümumi cəhətlər-susuzluğu yatırmaq, iştaha açmaq, mədə üçün faydalı olmaq və s-dir.

Saytımız bildirir ki, turş və turşməzə alma yemək və ya onun şirəsini içmək qan təzyiqini sakitləşdirir. Bu baxımdan albalı meyvəsi və şirəsi də diqqətəlayiqdir. O, qan və öd şiddətini, susuzluğu yatırır. Pəhriz məqsədilə arpa unundan bişirilmiş yeməklər, o cümlədən əriştə və umac hazırlayıb turşularla yemək məsləhətdir.

Bu baxımdan altıaylıq çəpiş əti yaxşı nəticə göstərir.

Qırxbuğumun qırmızımtıl rəngə çalan dişi növü də qan təzyiqini sakitləşdirir. Pərpələng isə qan təzyiqini və öd şiddətini yatırır.

İnnab qan təzyiqini sakitləşdirməklə yanaşı onu təmizləyir və həmçinin təmiz qan yaradır.

Zoğal və ya onun turşusunu yemək qan təzyiqini yatırmaqla ödü sakitləşdirir, susuzluğu yatırır və mədə-bağırsaq üçün faydalıdır.

Söyüd çicəyi və yağını yemək qan təzyiqini sakitləşdirir.

Öz müalicəvi xüsusiyyətinə görə qarağat və zirinc faydalıdır.

Bu baxımdan yemişan da yaxşı təsir göstərir. Əzgil isə öz təsirinə görə yemişana yaxındır.

Kahı duru və təmiz qan yaratmaqla yanaşı qan təzyiqi və öd şiddətini yatırır.

Ərik yemək və ya ərik şirəsi içmək susuzluğu yatırır, qan təzyiqin nizamlayır, mədə iltihabına yaxşı təsir göstərir.. Şaftalı da bu xüsusiyyətə malikdir.

Balqabaq turşusu da qan təzyiqi və ödü sakitləşdirir.

Ayran da bu baxımdan xeyirlidir.

Ağ rəngli təzə arpa qan təzyiqi, ödü və susuzluğu yatırır. Onun sıxılıb tam qaynanmış suyu təmiz qan yaratmaqla bərabər qan təzyiqini aşağı salır.

Qora qanın hərarət və təzyiqini sakitləşdirir.