Abramoviç “Çelsi”yə müştəri tapdı
05.03.2020 13:01Çexiyanın ən varlı iş adamı Petr Kellner “Çelsi” futbol klubunu ala bilər.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə “Tyden” jurnalı yazır.
Bildirilir ki, klubun satılması ilə bağlı danışıqların ilkin mərhələsi yaxın günlərdə başlayacaq.
P. Kellnerin “Çelsi” prezidenti Roman Abramoviçlə yaxşı münasibətlərdə olduğu deyilir.
Qeyd edək ki, Abramoviç “Çelsi”ni 3 milyard funt sterlinqə satmaq istəyir.

