Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi ilk dəfə böyük qəza törətdi

05.03.2020 13:01

ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi ilk dəfə böyük qəza törədib.

Об этом сообщает Роспрес

A24.Az axar.az-a istinadən bildirir ki, qəza qırıcının fövqəladə eniş həyata keçirməsindən sonra baş verib. Belə ki, dəyəri təxminən 80 milyon dollar olan təyyarənin Eqlin Hava Qüvvələri bazasına enişindən sonra ön hissəsi çöküb. Məsələ ilə bağlı açıqlama verən rəsmilər xilasedicilərin təcili olaraq hadisə yerinə göndərildiyini və pilotun xəsarət almadan qırıcıdan çıxarıldığını bildirib.

Məlumata görə, ABŞ Hava Qüvvələri qəzanın səbəbini araşdırır.

Qeyd edək ki, ABŞ-da F-35 təyyarəsinin keçirdiyi qəzadan sonra yeni iddialar irəli sürülür. Məlumata görə, Pentaqonun hesabatında F-35-lərin eniş zamanı problemlər yaşama ehtimalı qeyd edilib.