ABŞ-İran münasibətləri daha da gərginləşir: Ərəb NATO-su yenidən gündəmdə
05.03.2020 13:02İordaniya hökumətinin bir səlahiyyətli nümayəndəsi, ABŞ-ın İrana qarşı regionda Ərəb NATO-su qurmaq təklifi ilə bağlı xəbərlərin doğru olduğunu açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən İordaniyalı səlahiyyətli, ABŞ başda İordaniya olmaqla region ölkələrinə bu təklifi göndərib, Əmman rəhbərliyi də bu təklifi araşdırmaqda olduğunu bildirib. İordaniyalı səlahiyyətli, Əmman rəhbərliyinin hələlik bu barədə hər hansı bir qərar vermədiyini də ifadə edib.
Xatırladaq ki, ABŞ-ın Ərəb NATO-su yaratma təklifini ilk dəfə Reuters xəbər agentliyi yaymışdı.
Orxan Aslanlı // A24.Az

