Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ABŞ Mərkəzi Bankından Trampa XƏBƏRDARLIQ

05.03.2020 13:02

ABŞ Mərkəz Bankının (FED) son qərarlarına görə, FED rəsmiləri, ABŞ-ın ticarət siyasətlərinin iqtisadi inkişafa mənfi təsiri ola biləcəyini düşünür.

Об этом сообщает Роспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəz Bankı Federal Açıq Bazar Komitəsinin 31 İyul – 1 Avqustda keçirdiyi toplantısına dair protokollarını dərc edib.

Komitənin siyasət faizini 1,75 faiz – 2,00 aralığında sabit saxlamaq qərarı aldığı görüşün protokollarında, FED rəsmilərinin ABŞ iqtisadiyyatına və valyuta siyasəti istiqamətində şərhlərinə yer verilib. Protokollarda ticarət siyasəti, iqtisadi inkişaf üzərində əhəmiyyətli mənfi təsirləri olacağı istiqamətdə irəliləyişlərlə bağlı xəbərdarlıq edilib. ABŞ ilə Çin arasındakı ticarət gərginlikləri səbəbindən xüsusilə valyuta bazarlarında diqqətəlayiq hərəkət görüldüyü qeyd edilən protokollarda, ABŞ ilə Avropa Birliyinin (Aİ) ticarət münaqişələrini həll etmək üçün müzakirələrə davam edəcəyindən siqnalını verməsi isə səhm qiymətlərini dəstəklədiyi bildirilib. Protokollarda həmçinin, artan ticarət gərginlikləri görə Çin valyutasının fövqəladə və sərt dəyər itkisi yaşadığı vurğulanıb. ABŞ hökumətinin ticarət siyasətləri ilə əlaqədar ölkənin bəzi bölgələrində qeyri-müəyyənlik ilə investisiya xərclərində azalma və gecikmə görüldüyü qeyd edilən potokollarda, bir çox biznes sahibinin də ticarət gərginliyinin artması səbəbi ilə investisiya xərclərini və işə qəbulları azalda biləcəyini qeyd olunub.

Orxan Aslanlı // A24.Az