Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Aİ Rusiyada “demokratiya”ya 6 milyon avro ayırdı

05.03.2020 13:03

Avropa İttifaqı (Aİ) Rusiyada vətəndaş cəmiyyətini, eləcə də demokratiyanı müdafiə edən fəalları dəstəkləmək üçün təqribən 6 milyon avro pul ayıracaq.

Об этом сообщает Руспрес

“Russia Today” xəbər verir ki, bu barədə Avropa Komissiyasının demokratiyaya dəstəklə bağlı yeni layihəsində deyilir. Sənəddə qeyd olunur ki, qrant formasında müsabiqə yolu ilə veriləcək pullar Rusiyada demokratiyanın inkişafı, sərbəst toplaşma və internetdə ifadə azadlığı, vətəndaş cəmiyyəti institutlarının mövqeyinin güclənməsi kimi sahələri əhatə edəcək.

Avrokomissiyanın sənədinə əsasən, qrantın 1,5 milyon avro dəyərində ilk hissəsi yerli səviyyədə Rusiyada qeyri-hökumət təşkilatlarının potensialının güclənməsinə sərf ediləcək. Qrantın qalan hissəsi isə Rusiya kütləvi informasiya vasitələrinin daha azad və müstəqil fəaliyyətinə, eləcə də, sərbəst toplaşmaq azadlığının gücləndirilməsinə istiqamətlənəcək. Bu məqsədlə, qrant alanlar alternativ dialoq və debatlar təşkil etməli, həmçinin, daha geniş auditoriya, xüsusən də gənclərlə işləməlidir.

Lakin Moskvada hesab edirlər ki, Aİ və bütövlükdə Qərb bu cür layihələri maliyyələşdirməklə Rusiyada müxtəlif destruktiv təşkilatların fəaliyyətini dəstəkləyir.