Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Atatürkü təhqir edən hicablı qadın həbs olundu – VİDEO

05.03.2020 13:05

Anıtkabırda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən Safiya İnci Ankarada nəzarət altına alınıb.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, məsələ ilə bağlı  araşdırmanın başladıldığını açıqlayan Ankara Prokurorluğu Atatürkü təhqir edərək videonu sosial şəbəkədə paylaşan şəxsin saxlanılması üçün işə başladığını bildirib. Baş Prokurorluqdan verilən açıqlamada yer alan ifadələr bunlardır:

“Anıtkabirda Mustafa Kamal Atatürkü təhqir edərək videogörüntüsü sosial mediada yer alan şəxs ilə bağlı Ankara Prokurorluğunun Media Cinayətləri Araşdırma Bürosu tərəfindən istintaq başlamışdır. Şübhəli şəxsin saxlanılması üçün araşdırma davam etməkdədir. İctimaiyyətə hörmətlə…”

Başladılan istintaqdan dərhal sonra Safiye İnci Ankarada nəzarət altına alınıb və məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə Atatürkü təhqir edən qadın barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt reaksiyalarında sonra qadın hər kəsdən üzr istəsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.

Saytımız sözügedən görüntüləri təqdim edir: