Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycan vətəndaşının avtomobilindən pirotexniki vasitələr və siqaret aşkarlandı

05.03.2020 13:07

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Об этом сообщает Руспрес

A24.az DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən “Thunder King” yazısı olan 1 080 ədəd pirotexniki vasitə və “Milano” markalı 2 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.