Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda daha bir kitabda BİABIRÇILIQ: “Bəbəydi, ürəydi, gözdü, qaşdı xiyar”

05.03.2020 13:08

Sosial şəbəkələrdə satirik üslubda yazıldığı deyilən “Xiyar” şeiri müzakirə mövzusuna çevrilib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, şair Rizvan Qorxmaz ləqəbi ilə şeirlər yazan Rizvan Axundovun “Qəlbin kövrək telləri” adlı şeirlər kitabında yer alan “Xiyar” şeiri oxucuların marağına səbəb olub.

Belə ki,  müzakirə mövzusuna çevrilən şeirdə vəzn cəhətdən çoxlu səhvlər aşkarlanıb. Eyni zamanda, şeirdə çoxsaylı orfoqrafik səhvlərin açıq-aşkar görünməsi əsərin yer aldığı kitabın işıq üzü gördüyü nəşriyyatın da tənqid olunması ilə nəticələnib.

Şeirin satirik üslubda yazıldığı iddia olunur.

Qeyd edək ki, kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi tənqid” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusifli yazıb. 2016-cı ildə nəşr olunan  “Qəlbin kövrək telləri” kitabı “Ziya” NPM-da çapdan çıxıb. Oxucuların marağına səbəb olan kitabın redaktoru isə Sevda Mikayılqızıdır.

A24.az müzakirə mövzusuna çevrilən “Xiyar” şeirini olduğu kimi təqdim edir: