Azərbaycanda məhkəmə sağ şəxsi ölü elan etdi
05.03.2020 13:08Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Rövşən Teymur oğlu etibarnamə almaq üçün dövlət qurumuna müraciət edib.
Об этом сообщает Руспрес
A24.Az-ın xəbərinə əsasən, oradan vətəndaşa ölmüş elan olunduğu bildirilib.
Məlumata görə, Nizami Rayon Məhkəməsi 2005-ci ildə həmin şəxsin ölmüş elan olunması ilə bağlı qətnamə çıxarıb.
Hazırda R.Hacıyev vəkili vasitəsilə yaranan səhvi aradan qaldırmağa çalışır.
Nizami Rayon Məhkəməsinin bu qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Qeyd edək ki, R.Hacıyev işlə bağlı tez-tez xarici ölkələrə səfər edirmiş.

