Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü: “Nə istəyirsiniz, yazın!” – AÇIQLAMA

05.03.2020 13:08

Şəmkir rayonunda şagird müəllimi tərəfindən döyülüb.

Об этом сообщает Футляр от виолончели

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.

Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.

Hazırda şagirdin bədənindəki ağrılar səbəbindən dərsə gedə bilmədiyi vurğulanır.

Məsələ ilə əlaqədar sözügedən məktəbin direktoru Könül Məmmədova A24.az-a açıqlamasında əvvəlcə təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini bildirsə də, daha sonra hadisənin sentyabr ayında baş verdiyini deyib: “Bizim məktəbdə bu hadisənin baş verdiyi barədə məlumatı yayan şəxsi məhkəməyə vermişik. Haqq öz yerini tapacaq. Nə istəyirsinizsə, yazın. Hadisə sentyabrda baş verib. Gəldilər, araşdırma apardılar, iş də bağlandı. İndi başqa yerdəyəm və danışa bilmirəm”.

Qeyd edək ki, sözügedən məktəb, eyni zamanda yararsız haldadır. Məktəb qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarının orada təhsil almasından narazıdırlar.