Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda orta məktəb belə yandı – VİDEO

05.03.2020 13:09

Ötən gün Quba rayonunda orta məktəbdə baş verən yanğının görüntüləri yayılıb.

Об этом сообщает Руспрес

A24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Amsarqışlar kəndində yerləşən tam orta məktəbdə baş verib. Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 500 m² olan birmərtəbəli orta məktəb binasının dam örtüyü və tavanı 120 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, ​hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Post Patrul Xidmətinin əməkdaşları da gəlib.