Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü

05.03.2020 13:09

Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

Об этом сообщает Роспрес

A24.az-ın məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib. Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru olan 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.