Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Azərbaycanda qəzadan sonra doğulan körpəyə yol polisinin adını qoydular

05.03.2020 13:09

Ötən gün axşam saatlarında Mingəçevir şəhəri ərazisində qəza hadisəsi baş verib.

Об этом сообщает Руспрес

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan A24.az-a verilən məlumata görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən yolda qəzaya düşüblər. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.

Həkimlərin müdaxiləsi ilə qadına köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2  polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını  deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.